lichess.org
Donate

Israil və Fələstin münaqişəsi

İsrail və Fələstin

Off topic
İsraildə baş verən müharibə

Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Şahmatçılar yalnız şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar.Şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.



O gün Israil-də "Şabat" günü idi. Şabat günü yəhudilər gün boyunca dincəlir, "Tövrat" oxuyur, "Sinaqoq"a gedərək dua edirlər. Şabat həm həftə ərzində etdiklərini düşünmək üçün, həm Tanrı 'ya yaxınlaşmaq, həm də daha yaxşı insan olmaq üçün bir fürsətdir.Həmin gün yemək bişirmək ,maşın sürmək, telefona baxmaq,işləmək olmaz. Fələstinlilər də bu günü özlərinə fürsət bilib səhər radələrində "Qəzza" şəhəri yaxınlığındakı qəsəbələrə hücum edib mülki şəxslərə xəsarət yetiriblər. (Unutmayın ki, Fələstinlilər 44 günlük müharibə zamanı ermənilərin tərəfində idilər.)

Sizcə "İslam" budur?Sizcə "Qurani-Kərimdə" yazılan budur?Sizcə "müsəlmanlar bir-biri ilə qardaşdırlar" anlayışı budur? Sizcə bu Tanrı uğrunda "Cihat"dır? Yoxsa özlərini Tanrı kimi ucaltmaq üçün edilən "Cihat"dır?

Təbii ki, xeyr. Bu mənim tədris aldığım "***İslam***" dini deyil. Bu mənim oxuduğum "***Qurani-Kərim***" deyil. Ümumiyyətlə Əfqanıstan,Fələstin,İran kimi ölkələrin təbliğ etdiyi din "***Islam***"ın dəyişdirilmiş formasıdır. İndi də "Islam" dini altında keçirtdikləri terror əməliyyatını "Allah uğrunda cihat" adlandırırlar. Biz dürüst olmalıyıq. "Qurani-Kərim"də belə bir şey yazılmayıb ki,"Allah uğrunda cihat"da qadınları,qocaları,uşaqları da öldürmək lazımdır. Bu günahsız insanların axılan qanıdır!

Yaxşısı budur,susmayaq dostlar!Dünyaya həqiqəti çatdıraq! Bu əsl "Xocalı" faciəsidir!



Gəlin dürüst olaq. Güclü şahmatçıların dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, güclü şahmatçılar söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər.



-Mən bu gün 'Bazel'də Yəhudi dövlətini qurdum. Ancaq bunu yüksək səslə desəm,bütün dünya mənə gülər. Lakin 5 il içərisində və ya 50 il sonra bunu hər kəs belə biləcək!

1947 ~Theodor Herzl

B.P